Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verildi
Qazaxıstanın Mərkəzi Seçki Komissiyası (MSK) Senatın (parlamentin yuxarı palatası) deputatı Dariqa Nazarbayevanın səlahiyyətlərinə xitam verib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə MSK-nın mətbuat xidmətindən bildiriblər.
Məlumatda bildirilir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının mayın 4-ü keçirilən iclasında qəbul edilib.

