Hadisə 

Külli miqdarda narkotik aşkar edildi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə, həmçinin xüsusi aqrotexniki qaydada yetişdirilmiş xeyli sayda narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.

ARANTV.AZ trend-ə istinadən xəbər verir ki, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binə qəsəbə sakini Novruz Hüseynovun həyətyanı sahəsindən çəkisi 1 kiloqram 150 qram marixuana və kultivasiya yolu ilə yetişdirilmiş 16 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan Biləcəri qəsəbə sakini Aynur Həsənovdan narkotik vasitə olan heroin aşkar edilib. Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə olaraq heroin, metamfetamin, həmçinin 1 ədəd pnevmatik tapança və tərəzi aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Daha çox xəbərlər