Ermənistanda 163 nəfər koronavirusa yoluxdu
Ermənistanda koronavirusa yoluxanların sayı 2 782 nəfərə çatıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, son sutka ərzində 163 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.
Bu, indiyədək qeydə alınan ən yüksək gündəlik göstərici olub.
Bu günədək Ermənistanda 40 nəfər koronavirusun qurbanı olub, 1 600 nəfərin müalicəsi davam edir.
Qeyd edək ki, ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan olunub.

