İqlim dəyişikliyi dünya ərazisini əlverişsiz hala sala bilər
İqlim dəyişikliyi dünya ərazisinin 20 faizini yaşayış üçün əlverişsiz hala sala bilər
Tədqiqatçılar proqnozlaşdırırlar ki, yaxın gələcəkdə iqlim şərtlərinin dəyişməsi Yerin insan yaşayışı üçün hazırkı uyğun vəziyyətində ciddi dəyişikliklər yaradacaq . Hesab edirlər ki, bu 3,5 milyard insanın həyatına öz təsirini göstərəcək. İstixana qazlarının atmosferə buraxılması nəzərəçarpan dərəcədə azalsa da, orta qlobal temperatur göstəriciləri iqlim normasından yuxarı qalxaraq, 52-59 dərəcə təşkil edəcək.
Niderlandın Vageningen Universitetinin professoru Martin Scheffer bildirib ki, planetin geniş bir hissəsində istilik yaşamaq üçün əlverişsiz bir həddə çatacaq və heç vaxt yenidən soyumayacaq. Bu isə cəmiyyətləri yeni pandemiyalarla qarşı-qarşıya qoya bilər.
Ekspertlər 2070-ci ilədək dünyanın 20% hissəsində Saxara səhrasında müşahidə olunan temperatura oxşar temperatur göstəricilərinin olacağını güman edirlər.
Tədqiqatların nəticəsi onu göstərir ki, Braziliya, Orta Şərq və Hindistanda insanların yaşaması artıq mümkün olmaya bilər.
Nubar Süleymanova, “İki sahil”

