Tvitterə yenilik gəlir
Nəhəng sosial media platforması Tvitterə yeni özəllik gəlir.
ARANTV.AZ xəbər verir ki, platforma istifadəçilərin narahatlıq verən tvitləri göndərməyə başlamazdan əvvəl bir daha düşünmələrini təmin edəcək yeni funksiya əlavə edəcək.
Sınaq mərhələsində olan yenilik çərçivəsində “göndər” tuşuna basmadan əvvəl paylaşılacaq tvitdəki sözlərlə müəyyən edilmiş sözlərin bənzərliyi olub-olmadığı yoxlanacaq və mesajın düzəldilməyə ehtiyac olub-olmadığı soruşulacaq.
Hazırda “iOS” sistemində sınaqdan keçirilən xüsusiyyətin “Android”ə nə zaman gələcəyi bilinmir.Publika.az

