Dünya 

Rusiyada məhkumlar bir aya 30 milyondan çox maska ​​istehsal etdilər

Rusiyada Federal Penitensiar Xidmətin koloniyaları bir ay ərzində 30 milyondan çox qoruyucu maska ​​istehsal ediblər.

ARANTV.AZ-ın  istinadən verdiyi xəbərə görə, bu barədə Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin rəhbəri Andrey Kutepovun sorğusuna Ədliyyə Nazirliyinin verdiyi rəsmi cavabda deyilir.

Ədliyyə Nazirliyinin aprelin 27-nə olan məlumatına əsasən, koloniyalarda 18 milyondan çox tənzif maskası və 11 milyondan çox tənəffüs yollarını qoruyan maska ​​hazırlanıb.

Rusiyada aprelin 7-dən 120-dən çox islah koloniyası maska istehsalına cəlb edilib.

Qeyd edək ki, ölkədəki bəzi malların çatışmazlığı koronavirusun yayılması ilə əlaqədardır.BiG.AZ

Daha çox xəbərlər