Hadisə 

Yük maşını yolu keçmək istəyən qadını vurub öldürdü – FOTO

Gürcüstan vətəndaşının idarə etdiyi “Man” markalı yük maşını yolu keçən qadını vuraraq öldürüb.

ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində baş verib. Ağır bədən xəsarətləri alan qadın Goranboy rayon Xəstəxanasına çatdırılsa da, öldüyü məlum olub.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər