Yol polislərindən nümunəvi ADDIM
Sürücülər üçün təlim keçən Arzu Babazadə karantin günlərində xeyirxah işlər də görüb. O, ümumilikdə 12 ailəyə uzun müddət üçün nəzərdə tutulan yardımlar təşkil edib. Arzu Babazadəyə bu işdə dostları da kömək edib. Yardım edilənlər arasında Qarabağ və Aprel döyüşlərinin iştirakçıları, 4 fikizi qüsurlu ailə də olub. Həmin ailələrə yardım kampaniyasına polislər də qoşulub.
ARANTV.AZ xəbər verir ki, bu barədə Avtosfer.az-a məlumat verən A.Babazadə deyib ki, ərzaq yardımı üçün maddi dəstəyi Nərimanov rayon Polis İdarəsinin 16-cı polis bölməsinin əməkdaşları edib.
“Mən polis əməkdaşlarına təklif etdim ki, yardımları və əlil arabalarını paylamaq üçün bizimlə birlikdə getsinlər. Amma onlar bunu istəmədilər və bildirdilər ki, biz reklam istəmirik. Mən isə Avtosfer.az saytı vasitəsilə həm öz adımdan, həm də həmin ailələr adından Azərbaycan polisinə təşəkkürümü bildirirəm”.


