Bakıda kişi qaynı tərəfindən bıçaqlandı
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ xəbər verir ki, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.
Səttar Bəhlulzadə küçəsində 1986-cı il təvəllüdlü Əliyev Ağarza Baloğlan oğlu qaynı ilə mübahisə zamanı bıçaqlanıb.
O, sağ bud və sağ qolunun kəsilmiş-deşilmiş xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.APA

