Bakıda BMW-ni qəsdən dərəyə aşıran şəxs barədə cinayət işi açıldı – RƏSMİ
Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə BMW markalı avtomobilin qəsdən dərədən aşırılması ilə bağlı görüntü yayılıb. Həmin görüntülərlə bağlı araşdırma aparılıb.
Bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək, ona məxsus avtomobilin tanışı tərəfindən qaçırıldığını və dərəyə atıldığını bildirib.
Suraxanı RPİ tərəfindən aparılan araşdırmalar zamanı əvvəllər dəfələrlə məhkum olunmuş Elnur Abbasov barəsində cinayət işi başlanıb.
Həmin şəxsin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

