Hadisə 

Bakı sakininin bank kartından külli miqdarda pul oğurlandı

Bakıda bank kartından oğurluq edilib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Şəhər sakini Ş.Cəfərova məxsus kartdan 4 500 manat pul naməlum şəraitdə bankomatdan çıxarılaraq oğurlanıb.

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Ü.Rüstəmli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.Trend

Daha çox xəbərlər