Azərbaycan ərəb ölkələrinə soğan ixracına başladı
Azərbaycan bu il 10-a yaxın ölkəyə yerli soğan ixrac edəcək.
ARANTV.AZ xəbər verir ki, bu barədə Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.
Onun sözlərinə artıq ölkədə soğan yığımı başlanıb:
“Artıq Bərdə rayonunda soğan yığımına başlanıb. Soğanın məhsuldarlığı boldur. Hazırda soğanın 1 kiloqramı yerində 23 qəpikdir. Bazarda isə bu qiymət 35-40 qəpik arasında dəyişir”.

