Ramazan ayında küçəyə çıxma qadağası tətbiq edilə bilər – Türkiyədə
Ramazan ayında Türkiyədə küçəyə çıxma qadağası tətbiq edilə bilər.
ARANTV.AZ bildirir ki, bu barədə məlumatı “Hürriyet” nəşri yayıb.
Ədalət və İnkişaf Partiyasının (AK Parti) ötən gün keçirilən iclasında bu məsələnin gündəmdə olması barədə məlumat verilib.
Bildirilir ki, son günlərin yoluxma statistikasına baxılaraq bu barədə dəqiq qərar veriləcək. Son qərarı ölkə başçısı Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.
Qərar qəbul edilsə, Türkiyədə may ayının 23-24-25-26 tarixlərində küçəyə çıxmaq qadağan olunacaq.
Qeyd edək ki, hazırda Türkiyənin bəzi vilayətlərində küçəyə çıxma qadağası tətbiq olunur.
Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına əsasən, Türkiyədə 3952 nəfər koronavirus səbəbi ilə dünyasını dəyişib.Milli.Az

