Dünya 

Polis karantini pozanların izinə düşdü – VİDEO

İstanbulun Sultanqazi rayonunda bir qrup azyaşlı koronavirusla əlaqədar tətbiq edilən karantin qaydalarını pozaraq, məhəllədə futbol oynayıb.

“Demirören Haber Ajansı” (DHA) məlumat verir ki, hadisədən xəbər tutan hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti avtomobilləri vasitəsilə səs siqnalı və sayrışan işıqdan istifadə edərək, gəncləri ərazidən uzaqlaşdırıb.

Hadisə ətrafda yaşayan sakinlərdən biri tərəfindən telefona çəkilib və sosial şəbəkədə paylaşılıb.

Daha çox xəbərlər