Rusiyada koronavirusa yoluxanların sayı 250 min nəfəri keçdi
Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 9 974 nəfər koronavirusa yoluxub, 93 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 252 245 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 2 305 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 78 424 nəfər virusdan sağalıb, 196 410 nəfərin müalicəsi isə davam edir.

