Hadisə 

Göyçayda qəbirin hasarını söküb oğurladı

Göyçay rayonunda qəbiristanlıqdan oğurluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər qəbiristanlığındakı məzarlardan birinin ətrafına çəkilmiş dəmir hasarı sökərək, oğurlamaqda şübhəli bilinən Ərəbcəbirli kənd sakini, əvvəllər məhkum olunmuş C.Bədəlov saxlanılıb.

Daha çox xəbərlər