Hadisə 

Bakıda kişini avtomobil vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Suraxanı rayonu, Hövsan qəsəbəsində qeydə alınıb.

Şəhər sakini, 1994-cü il təvəllüdlü Şəmistan Qasımov idarə etdiyi “VAZ 21014” markalı avtomobillə 50-55 yaşlarında kişini vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.APA

Daha çox xəbərlər