Dünya 

Almaniyada son sutkada koronavirusa 620 nəfər yoluxub

Almaniyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 173 777-ə yüksəlib, sağalanların sayı 152,6 mini keçib.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə Robert Koh institutundan xəbər verilib.

Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 7 881 nəfərə çatıb. Sutka ərzində COVİD-19 virusuna yoluxanların sayı 620, dünyasını dəyişənlərin sayı isə 52 nəfər təşkil edib.

Ən çox yoluxma halları ölkənin Bavariya – 45 340 nəfər, Şimali Vestfaliyada – 36 065 nəfər və 33 893 nəfərlə Baden-Vürtenburq regionlarında qeydə alınıb. Berlində bu göstərici 6 428 nəfər təşkil edir.

Daha çox xəbərlər