Dünya 

Koronavirusu ağır keçirən xəstələrin ilk simptomları açıqlandı

Moskvanın baş rentgenoloqu Sergey Morozov yeni tip koronavirus xəstəliyini ağır keçirən xəstələrin ilk simptomlarını açıqlayıb.

Bu barədə Rusiyanın “Birinci kanalı”nda yayımlanan “Zdorovye” proqramında söhbət açılıb.

O qeyd edib ki, öskürək, temperaturun yüksəlməsi və nəfəs darlığı xəstəliyin ağır şəkildə keçəcəyinin ilk əlamətləridir.

Temperatur 38,5 dərəcədən yüksək olur, nəfəsalma tezliyi dəqiqədə 20-30 dəfəyə qədər artır. Həmçinin, qanda oksigen səviyyəsinin aşağı olması da koronavirusun ağır keçəcəyindən xəbər verə bilər.

Daha çox xəbərlər