Hadisə 

Bakıda evdən qadın meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Lobaçova Yekaterina İvanovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Daha çox xəbərlər