Siyasət 

İsveçin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib

İsveçin Kralı XVI Karl Qustav Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm.

Dərin hörmətlə,

XVI Karl Qustav
İsveçin Kralı”

Daha çox xəbərlər