Sosial 

“Bir dəfə salam verdikləri adamı toya çağrırılar, toylarla bağlı islahatlar olmalıdır”- Deputat

Karantin dövründə Azərbaycanda 2.478 nikah aktı bağlanıb. Artıq 2 aydır ki, Azərbaycanda karantin rejimi tətbiq olunur, vətəndaşların hərəkəti, o cümlədən toy mərasimlərinin keçirilməsi məhdudlaşdırılıb.Bu dövrdə evlilik mərasimləri necə təşkil olunur? Koronavirus toy adətlərinə təsir edəcəkmi?

Bununla bağlı Sonxeber.az-a danışan deputat deputat Kamilə Əliyeva bildirib ki, mayın 18-dən karantin rejimin növbəti yumşalması qüvvəyə minir: “Amma bunlara baxmayaraq yas və toy mərasimlərin keçirilməsinə qoyulan qadağa qüvvədədir. Bu da onunla əlaqədardır ki, bu iki mərasimdə insanlar kütləvi şəkildə bir yerə toplaşır. Ancaq biz karantin rejimindən çıxmamışıq. Hər şey son vəziyyətlə asılı olacaq. Təəssüf ki, yoluxanların sayı artmaqdadır. Say 3 rəqəmliyə qədər yüksəlib. Belə olan halda təbii ki, toy və yas mərasimlərin keçirilməsinə icazə verilməsi düzgün olmazdır. Bu müvəqqətidir. Bilirsiniz ki, əvvəl 65 yaşdan yuxarı insanların çölə çıxmasına icazə verilmirdi. Amma mayın 18-dən sonra bu qadağa götürülüb. Pandemiya dövründən sonra yaxşı olardı ki, toylara 300, 500, 700 nəfəri bir yerə toplamasınlar. Əvvəl bilirsiniz ki, belə bir ənənə var idi. ToylarI yaxın qohumlarla da keçirmək mümkündür. Bir dəfə salam verdikləri insanları toya çağırırdılar. Ona görə də düşünürəm ki, yaxşı olardı ki, toylar məsələsində də islahat getsin. Çünki toy iki gəncin ailə qurması, xoşbəxt olmasıdır. Bunu dar çərçivəsində etmək olar. Əsas ailə quran gənclərin bir ömür boyu xoşbəxt olmaqlarıdır”.

Daha çox xəbərlər