Hadisə 

Sumqayıtda beşmərtəbəli binada yanğın olub

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 33 kv.m olan 1 otaqlı mənzildə ev əşyaları 20 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
(Publika.az)

Daha çox xəbərlər