Mozdokdan Bərdəyə: rəssam öz əsərləri üçün həqiqi rekvizitlər toplayır -VIDEO
Bərdəli rəssam batal janrında işlədiyi rəsmlərinin daha canlı alınması üçün həqiqi rekvizitlərdən istifadə edir. Onun kolleksiyasının incisi olan və Mozdok döyüşlərində iştirak etmiş dəmir “döyüş atı”nı videomuzda izləyin.
Bərdə rayonu Kətəlparaq kənd sakini, batalist rəssam Bayram Bayramovun sənət yolu bu və ya digər istiqamətdə hərbi qulluqla əlaqəli olub.
“Hər bir rəssamın işlədiyi janra aid öz şəxsi kolleksiyası olmalıdır. Bu motosikleti isə mən müharibə veteranından əldə etmişəm. Həmin veteran bu rekvizitin ondan sonra onun qədrini bilən insanda olmasını istəyirdi,” – deyə batalist rəssam bizimlə bölüşüb.
İlk rekvizitlərini sadəcə rəssamlıq üçün toplamağına baxmayaraq, onun hərbi kolleksiyası artıq onun üçün yeni hobbiyə çevrilib. O, öz eksponatlarını satmaq fikrində deyil. Hətta milyon versələr belə.
sputnik.az Musa Muradlı

