Hadisə 

Bakıda zorlamaya görə məhkum olunmuş kişi avtomobildən 36 min dollar pul oğurladı

Bakıda avtomobildən 36 min dollar oğurlanıb.

ARANTV.AZ-ın məlumatına görə, mayın 14-də günorta saatlarında Nəsimi rayonu, “28 May” küçəsində F.Məmmədova məxsus “Merdeces” markalı avtomobildən 36 min dollar pul götürülüb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qubadlı rayon sakini, əvvəllər zorlamaya görə məhkum olunan Alqayıt Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. APA

Daha çox xəbərlər