Əsl dalğanı onlar gələndə görəcəyik
“Əsl dalğanı qaraçılar Bakıya daxil olanda görəcəyik”.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial media hesabında yazıb.

Yevlaxın Qaraçılar məhəlləsində 53 nəfərin koronavirusa yoluxma faktının qeydə alınma səbəblərindən danışan K.Ağazadə bildirib ki, Roman qrupuna məxsus qaraçılarla uzun illər iş aparıb: “Buna görə təkcə onu deyə bilərəm ki, əksəriyyəti sanitar gigiyena qaydalarına əməl etmədikləri səbəbindən, zərərli vərdişləri olduğuna görə də ən yüksək risk qrupu hesab olunur”.
Xatırladaq ki, Yevlaxın Qaraçılar məhəlləsində 53 nəfərin koronavirusa yoluxma faktı qeydə alınıb. Bu, bir məhəllə, yaşayış arealı üçün yüksək yoluxma hesab olunur.
Sözügedən məhəlləyə giriş-çıxış bağlanıb.Publika.az

