Xaçmaz bazarında avtomobil yandı
Bu gün Xaçmaz rayonunda, tikinti materialları bazarında yanğın olub.
ARANTV.AZ xəbər verir ki, bazarın ərazisində ümumi sahəsi 210 m² olan talvarın yanar konstruksiyaları 3 m² sahədə, talvarın altında dayanan “ГАЗ” markalı minik avtomobilinin salon hissəsi və avtomobilin banına qoyulan 2 ədəd təkər yanıb. Talvarın və avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;Publika.az

