Paşinyana etiraz: Polislə vətəndaşlar arasında toqquşma yaşanıb VIDEO
Ermənistanda restoran sahibləri və işçiləri hökumət binası önündə aksiya keçiriblər.
Restoran sahibləri yayda biznesi genişləndirmək üçün kredit götürdüklərini, lakin pandemiyaya görə tətbiq olunan karantin rejiminin onların biznesini alt-üst etdiyini, buna görə krediti qaytara bilmədiklərini bildiriblər.
Etirazçılardan Sarkis Qriqoryan deyir ki, onlar fəaliyyətlərinin bərpa edilməsini tələb edirlər:
“Karantin rejimi uzun müddət davam edəcəksə, biz nə edəcəyik? Bizim işimiz mövsümidir, əgər indi işləməsək, növbəti mövsümə qədər vəziyyətimiz daha da çətin olacaq”.
Aksiyada “İşıqlı Ermənistan” partiyasından olan deputatlar – Anya Samsonyan, Anna Kostanyan və Qevork Qorqisyan da iştirak edib.
Polislər aksiya iştirakçılarına zor tətbiq edərək ərazidən uzaqlaşdırıb.
(Publika.az)

