Sosial 

Nazirdən çimərliklərlə bağlı MÜHÜM AÇIQLAMA

“Səhiyyə Nazirliyi ilə birlikdə çimərliklərdə monitorinqlərə başlanılıb”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, yaxın zamanda monitorinqlərin nəticələri bilinəcək:

“Bir sıra çimərliklərdə dəniz suyundan nümunələr artıq götürülüb və Səhiyyə Nazirliyi ilə birlikdə laborator müayinələrə başlanılıb”.

“İyunun 1-də, böyük ehtimalla, Abşeron yarmadasının çimrəliklərində su nümunələrinin nəticələri analiz olunacaq və nəticəsi açıqlanacaq”, – deyə nazir qeyd edib.Oxu.Az

Daha çox xəbərlər