Azərbaycanda heyvanlar üzərində koronavirus testi aparılıb? – AÇIQLAMA
“Azərbaycanda heyvanlar üzərində koronavirusla bağlı testlər aparılmayıb”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
O qeyd edib ki, dünyanın müxtəlif yerlərində COVID-19-un heyvanlardan keçməsi xəbərləri yayılır:
“Amma onların 100 faizlik təsdiqi mövcud deyil”.Oxu.Az

