Sosial 

Könüllülər vətəndaşların maarifləndirilməsini virtual məkanda da davam etdirirlər – VİDEO

Könüllülər Prezident İlham Əliyevin ölkə vətəndaşlarına koronavirus pandemiyasının davam etdiyi dövrdə yoluxma hallarının artmaması üçün məsuliyyətli olmaq, nizam-intizamı, qaydaları pozmamaqla bağlı çağırışından sonra Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin “Biz Birlikdə Güclüyük” şüarı ilə başlatdığı “Bir-birimizi qoruyaq!” adlı kampaniyaya fəal surətdə qoşularaq, respublikamızın şəhər və rayonlarında ictimai yerlərdə vətəndaşları maarifləndirir, sosial məsafənin qorunması, maskadan mütləq şəkildə istifadə edilməsi və gigiyena qaydalarına əməl olunmasını təbliğ edirlər.

Bu təbliğatın bir vasitəsi kimi könüllülər kreativlik nümayiş etdirərək, pozitiv məzmunlu orijinal sosial çarx hazırlayıb, əhalini məsuliyyətli olmağa çağırıblar.

Daha çox xəbərlər