“Euronews” telekanalı “Nəsimi–şeir, incəsənət və mənəviyyat Festivalı” haqqında reportaj yayımlayıb
ARANTV.AZ xəbər verir ki, “Euronews” telekanalı Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ilk dəfə keçirilən “Nəsimi–şeir, incəsənət və mənəviyyat Festivalı” haqqında reportaj yayımlayıb.
Şərqin dahi mütəfəkkir və şairlərindən biri, dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış Nəsimi sufizmin əsasını təşkil edən hurufilik ideyalarının təbliğatçılarından biri olub. İslam mistisizm ideyaları Nəsimi yaradıcılığının qayəsini təşkil edir. “Euronews” telekanalının Azərbaycanda təşkil olunan Nəsimi festivalı barədə hazırladığı reportaj bu fikirlərlə başlayır.
Qeyd edilir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda şairin xatirəsinə ithaf olunan “Nəsimi – şeir, sənət və mənəviyyat festivalı”nı təşkil olunub. Müəllif Volfqanq Spindler reportajında müsahibələrə geniş yer ayır. Heydər Əliyev Fondunun müşaviri Emin Məmmədovla söhbət edən jurnalist müsahibinin fikirlərini izləyicilərə çatdırır. Bildirilir ki, 100 il bindan əvvəl Nəsimi də multikulturalizm, tolerantlıq barədə danışıb, insanları birliyə çağırıb. Mütəfəkkirin məhz bu yanaşması festivalın şuarı kimi çıxış edib.
Reportajda qeyd olunur ki, Nəsiminin xatirəsinə həsr olunan ilk festival Bakıda yerli və xarici ifacıları, şairləri, mütəfəkkirlər bir araya toplayıb. Tədbirin vizit kartını isə müxtəlif janrlar və cərəyanlar təşkil edib.
Məsələn, rəssam Çingiz Babayəv festivala “Planet” adlı müxtəlif art-installyasiyalırını təqdim edib. Sənətkar işlərində kainatla bağlı sufilik baxışlarını nümayiş etdirib.
“Euronews” telekanalının reportajında bildirilir ki, rəngarəng və qeyri-adı festivalın proqramı zəngin olub. Belə ki, Vyetnam ifaçıları da öz məharətini göstəriblər. Vokalçı No Ho Quanq səhnəyə fransız gitara ifaçısı ilə birgə çıxıb. Müasir və ənənəvi kompozisiyaların qarışığı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.
Festival günlərində Bakıda müxtəlif art-installyasiyalar təşkil olunub, şəhərdə konsertlər, tamaşalar və yaradıcılıq gecələri keçirilib. Festivala xaricdən qonaqlar da təşrif buyurub. Məsələn, Avropa festival Assosiasiyasından Çert Nassens. Onun sözlərinə görə, gördükləri heyratamizdi. Müxtəlif janrlar, fərqli qonaqlar – hər şey düzgün düşünülüb. Reportajda vurğulanır ki, festivalın maraqlı məqamlarından biri tədbirdə Tehranda Azərbaycan ailəsində doğulan və hazırda Londonda yaşayan müğənni Sami Yusifin çıxışı olub. Müəllif musiqiçinin fikirlərinə geniş yer ayrır. “Fikrimcə Nəsimi tərəfindən yazılan bu gün də olduqca aktualdı. Öz ifalarımla insanları həmin ənənələrə qaytarmaq istəyirəm”.
Roportajın sonunda müəllif Volfqanq Splinder deyir: “Festivalın çox gözəl devizi var: “Dözümlülüyü təşviq etmək, plüralizmi və multikutturalizmi inkişaf etdirmək”.

