Dünya 

Türkiyədə COVID-19 xəstələrinin ölüm nisbəti 2,8 təşkil edir

Johns Hopkins Universitetindən alınan məlumata görə, mayın 26-dan etibarən Türkiyədə COVID-19 xəstələrinin ölüm nisbəti 2,8 təşkil edir.

ARANTV.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fahrettin Koca sosial media hesabından bildirib.

Bunu ölkənin uğuru adlandıran nazir bu göstəricilərin Böyük Britaniyada 14,1, İtaliyada 14,3, Fransada 15,5, ABŞ-da isə 5,9 faiz olduğunu deyib.

Daha çox xəbərlər