Ermənistanda bir gündə koronavirusa 700-ə yaxın yoluxma qeydə alınıb
“Ermənistanda son sutka ərzində 697 koronavirusa yoluxma halı qeydə alınıb”.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan deyib.
O, həmçinin bildirib ki, ötən gün 6 nəfər virusun qurbanı olub.
Beləliklə, ölkədə koronavirusa yoluxanların sayı 11 221-ə, ölənlərin sayı isə 176-ya çatıb.N.Paşinyanın sözlərinə görə, Ermənistanda virusa 20 minədək insan yoluxa bilər.

