İdman 

Operativ qərargahın qadağa qərarı velosiped yarışını təxirə saldı – FOTO

6 iyunda Respublika Velotrekində keçirilməli olan 3 iyun – Ümumdünya Velosiped Gününə həsr edilmiş trek üzrə “Federasiya Kuboku” yarışının vaxtı dəyişdirilib.

ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev məlumat verib.

Nazirlər Kabineti yanında operativ qərargahın qadağa tədbirlərinə uyğun olaraq, yarış 9 iyun tarixinə keçirilib. Bu barədə qərar federasiya rəhbərliyinin və məşqçilər korpusunun ümumi toplantısında verilib.

Oxu.Az

Daha çox xəbərlər