Azərbaycanlılar yük maşını ilə İstanbulda qəza törətdilər

İstanbulun Maltəpə rayonunda baş verən yol qəzası zamanı iki Azərbaycan vətəndaşı xəsarət alıb.

ARANTV.AZ Trend-ə istinadən bildirir ki, adları çəkilməyən azərbaycanlılar xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi yük avtomobilinin Azərbaycan vətəndaşları olan sürücüsünün idarəetməni itirməsi olub.

Bildirilir ki, xəsarət alanların vəziyyəti normaldır. Hadisənin təfərrüatları barədə xəbər verilmir.