Son sutkada Misirdə COVID-19 virusuna 1365 nəfər yoluxub
Misirin Səhiyyə Nazirliyi iyunun 8-də yeni növ koronavirus pandemiyası ilə bağlı son vəziyyəti açıqlayıb. Nazirliyin mətbuat katibi Xalid Meqahed bildirib ki, son sutka ərzində COVID-19 virusuna 1365 nəfər yoluxub və beləliklə, ölkədə yoluxma halları 35 min 444 olub. O əlavə edib ki, Misirdə daha 34 nəfər yeni növ koronavirusun qurbanı olub, həyatını itirən pasiyentlərin ümumi sayı isə 1271 nəfərdir. Bundan başqa, karantin xəstəxanalarında müalicə olunan 414 pasiyent sağalıb və xəstəlikdən şəfa tapanların sayı 9375 nəfərə çatıb.
ARANTV.AZ AZƏRTAC-a istinadən bildirir ki, yeni növ koronavirus xəstələrinin müalicəsində qan plazması eksperimentindən istifadə zamanı sağalan pasiyentlərdən Səhiyyə Nazirliyinin kök hüceyrəni pulla alması Misirin Əl-Əzhər dini mərkəzinin etirazına səbəb olub. Bununla əlaqədar fitva verən Əl-Əzhərin bəyanatında qeyd olunub: “Allaha məxsus olan insan bədəninin bir parçasının və qanının pulla alınması İslam dininə ziddir və günahdır. Biz sağalan insanları kök hüceyrəni xəstələrə bağışlamağa çağırırıq”.

