Hadisə 

Tərtər sakinindən silah-sursat götürüldü

Tərtər rayon sakinindən silah-sursat götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaradağlı kənd sakini Q.Əliyevin evindən “TOZ-8” markalı tüfəng, 10 ədəd giliz, 1 ədəd patron kəməri və 1 ədəd uzaqgörmə cihazı aşkar edilərək götürülüb.

Daha çox xəbərlər