Azərbaycan “Yaponiya qida məhsulları” ixracatı sərgisində təmsil olunacaq
ARANTV.AZ xəbər verir ki, Azərbaycan şirkətləri Yaponiyada keçiriləcək 2-ci “Yaponiya qida məhsulları” ixracatı sərgisində iştirak edəcəklər. Sabahdan oktyabrın 12-dək davam edəcək sərgidə ölkəmizi 15 nəfərlik nümayəndə heyəti təmsil edəcək. Sərgi çərçivəsində iki ölkə arasında idxal-ixrac imkanları barədə Yaponiya hökuməti ilə fikir mübadiləsi aparılacaq.

