Hadisə 

Tovuzda ağır qəza – ÖLƏN VAR

Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ARANTV.AZ  xəbər verir ki, iyunun 11-də saat 17 radələrində Tovuzun Qovlar şəhəri ərazisində Əyyublu kənd sakini N.Abbasov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən Yanıqlı kənd sakini Vəfa Əsgərovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.Publika.az

Daha çox xəbərlər