Dünya 

Rusiyada koronavirusdan daha 183 nəfər öldü

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 8 987 nəfər virusa yoluxub, 183 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 511 423 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 6 715 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 269 370 nəfər virusdan sağalıb, 235 338 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər