Dörd ayda Azərbaycanda 30 üçəm doğulub
Cari ilin yanvar-aprelində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilkin məlumatlara əsasən 34 749 doğulan körpə qeydə alınıb.
ARANTV.AZ-ın məlumatına görə, bu haqda Dövlət Statistika Komitəsi xəbər yayıb.
Bildirilib ki, halinin hər 1000 nəfərinə bu göstərici 10,6 təşkil edib. Doğulanların 53,1 faizi oğlan, 46,9 faizi isə qız uşaqlarıdır.
Doğulan körpələrdən 912-si əkiz, 30-u isə üçəmlər olmuşdur.Axşam.az

