Dünya 

Kabildə məsciddə güclü partlayış: Dörd nəfər öldü

Əfqanıstanın Kabil şəhərində məsciddə partlayış zamanı dörd nəfər həyatını itirib.

Bu barədə yerli “Tolo News” telekanalı məlumat yayıb.

Bomba paytaxtın qərbində, Şer Şah Suri məscidində partlayıb. Ölkənin Daxili İşlər Nazirliyi faktı təsdiqləyib.

Qeyd edək ki, iyunun 2-də Kabildə məscidlərin birində baş verən güclü partlayış məscidin imamı Məhəmməd Ayaz Niyazi də daxil olmaqla, üç nəfərin xəsarət almasına səbəb olub.

Daha çox xəbərlər