Amma həyat təkcə uğursuz sevgilərdən ibarət deyil
Maraqlı bir gənclə tanış olmaq istəmirsiz? Şeriyyat vurğunu, işgüzar, 31 yaşlı Elnurla. Elə isə biraz daha ətraflı tanış olun Axundov Elnur Mehman oğlu 1989-cu ildə Bərdədə anadan olub.Orta məktəbdə bir sinifdə oxuduğum üçün şəxsi keyfiyyətlərinə bələdəm. Hələ o zamanlar şeirlər yazardı. Beləlikıə uşaqlıq hobbisi idi-fikirləşirdim .Amma illər ötdü , bu hobbi deyil, istedadlı bir gəncin şairliyi olaraq davam etdi. Elnur sadə peşə adamıdır? Saç ustasıdır. Deyərdim ki, bu peşə də gözəllik yaratmağa , zövqə xidmət edir.Bu da istedad və məharət tələb edir.Gördüyü işdən zövq almaq, müştərilərinin təbssüm dolu“Çox Sağ ol “unu qazanmaq ona ruh verir.Çün ki, peşəsini sevir.Bütün peşələrin öz gözəliyi var.Əsas odur ki, o peşəyə sevgin olsun. Elnurun şeirlərində sevgi ,eşq əsas yer tutur.Amma bu ülvi hissə xəyanət , etibarsızlıq müqabilində həssas eşqin sevgisi nifrətə çevrilir .Onun yazdığı şeirlərin əsas qayəsini bu cür hisslər təşkil edir.Amma həyat təkcə uğursuz sevgilərdən ibarət deyil.Həyatın gözəl tərəflərini duyub, ümüd dolu şeirlər yazmağı SƏNƏ ARZULAYIRAM.
TƏK MƏHƏBBƏTİM
Səni ilk görəndə vuruldum sənə
Gözlərim önündə durursan həıə
Həmin an bildimki sənsən qismətim
Sonunda olmadın tək məhəbbətim
**********************************
Mən sənə aşiqəm aşiqəm yenə
Hər gün bu sevgi ruh verir mənə
Səni unutmaq silməy istədim
Unutmaq çətinmiş çətinmiş belə
***********************************
Hər günüm keçir qəmlə qəhərlə
Fikrimdə qalmısan nəmli qəhərlə
Nəyçün insan sevdiyi birini
Yadından çıxarmır uzun illərlə…
Məqalənin müəlifi:
NİLUFƏR ƏLİYAVA

