Dünya 

Rusiyada koronavirusa yoluxanların sayı 545 mini keçdi

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqdadır.

ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, ölkədə son sutka ərzində 8 248 nəfər virusa yoluxub, 193 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 545 458 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 7 284 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 294 306 nəfər virusdan sağalıb, 243 868 nəfərin müalicəsi isə davam edir.

Daha çox xəbərlər