Azərbaycanda 89 yaşlı kişi və 85 yaşlı qadın evləndi
Ötən il Azərbaycanda 60 və yuxarı yaşda nikaha daxil olan şəxslərin sayı 1048 nəfər olub.
ARANTV.AZ xəbər verir ki, bu barədə Azvision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onlardan 801-i kişi, 247-si qadındır.
Nikaha daxil olan ən yaşlı kişinin 89, ən yaşlı qadının 85 yaşı olub.

