Dünya 

Belarusda sutkada koronavirusa yoluxma hallarının sayı 569 nəfər artıb

Belarusda sutkada koronavirusa yoluxma sayı 569 nəfər artaraq 58 505-ə çatıb.

ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkə Səhiyyə Nazirliyi bildirib.

Ümumilikdə 346 nəfərin öldüyü, 37 666 xəstənin sağaldığı qeyd olunur.

31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Vuhan şəhərində sətəlcəm xəstəliyinin yayıldığını deyib. Xəstəliyin törədicisi, COVID-19 xəstəliyinə səbəb olan yeni növ koronavirus SARS-CoV-2-dir. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun yayılmasını pandemiya elan edib.

Daha çox xəbərlər