Azərbaycanda kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət və dəstək göstərilir
ARANTV.AZ xəbər verir ki, son illər Azərbaycanda kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət və dəstək göstərilir. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib ki, bu sahədə 4,3 faiz artım müsbət haldır. Aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcək.
Bu ilin doqquz ay;nda 5700 kənd təsərrüfatı texnikası alınıb. Texnika ilə təminat böyük dərəcədə yaxşılaşıb. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev bildirib ki, kənd təsərrüfatının ekstensiv inkişafı da nəzərdə tutulmalıdır. Artıq bir çox meliorasiya layihələri icra edilib. 192 min hektar sahədə 45 aqroparkın yaradılması nəzərdə tutulur. İlin sonuna qədər açılan aqroparkların sayı 13-ə çatacaq. İri fermer təsərrüfatlarında, taxılçılıqda nəticələr çox yaxşıdır. Təqribən hektardan orta hesabla 50 sentner məhsul götürülür. Bu il 3 milyon ton taxıl tədarük edilib. Dövlət başçısı pambıqçılığın da daha səmərəli şəkildə inkişaf etdirməlisinin vacibliyinə toxundu.
Azərbaycanda üzümçülük də ənənələri bərpa edilir. Bu sahəyə dünyanın ən qabaqcıl texnologiyaları cəlb olunur. Artıq bir neçə ölkədə şərab evləri fəaliyyətə başlayıb. Tərəvəzçilik də Azərbaycanın ənənəvi ixrac sektorudur. Rusiyaya pomidor ixracında Azərbaycan birinci yerdədir. Bu gün ölkəmizdə bir çox istixanalar salınır. Son məlumata görə, təqribən 400 hektar sahədə yeni istixanalar salınır, onların da əksəriyyəti pomidor istehsalına hesablanıb. Baramaçılıqda isə əvvəllər vəziyyət çox acınacaqlı olsa da, görülən işlər nəticəsində bu il 500 tondan çox barama tədarük edilib. Əgər keçən il 10 min insan bu işlərə cəlb olunubsa, 2016-cı ildə 3 min, bu il 22 min insane cəlb edilib. Beləliklə, bu insanlar 30-40 günə o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanır və Şəki ipək kombinatı da daha böyük həcmlə işləyir. Beləliklə, kənd təsərrüfatının müxtəlif sahələrində dövlət başçısının qarşıya qoyduğu əsas vəzifələr ilk növbədə, daxili tələbatı təmin etmək, məhsuldarlığı artırmaq, elmi yanaşmanı tətbiq etmək və ölkənin ixrac imkanlarını genişləndirməkdir.

