Dünya 

Bir gündə iki tondan çox marixuana və kokain müsadirə edildi

Venesuelanın hüquq-mühafizə orqanları iki tondan çox marixuana və kokain müsadirə ediblər.

REN TV xəbər verir ki, bu barədə ölkənin baş prokuroru Tarek Uilyam Saab məlumat verib.

Narkotik vasitələr Venesuelanın Ansoategi və Merida ştatlarında ələ keçirilib.

Jurnalistlərin suallarını videokonfrans formatında cavablandıran Baş prokuror deyib ki, 2020-ci ilin altı ayı ərzində Venesuelada yeddi ton marixuana və beş tondan çox kokain müsadirə olunub.

Daha çox xəbərlər