Almaniyada son sutkada 687 nəfər koronavirusa yoluxub
Almaniyada son sutka ərzində 687 nəfər koronavirusa yoluxub.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, daha 6 nəfərin ölümü qeydə alınıb.
Bir gün əvvəl isə 477 yoluxma və 20 ölüm qeydə alınmışdı.
Bu günədək Almaniyada 193 243 nəfər koronavirusa yoluxub, 8 954 nəfər həyatını itirib.

